Rəsul Quliyev: "Azərbaycana qayıtmaq niyyətim yoxdur"

media-hightechnic-468x90

“Azərbaycana qayıtmaq niyyətim yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev “Yeni Sabah”a açıqlamasında deyib.

“Azərbaycana qayıtmaq niyyətim yoxdur. Çünki sən istədiyin vaxt özünü Azərbaycandakı kimi hiss edə bilərsən. Bu işi görmək üçün onlarla vasitələr mövcuddur. 44 günlük Vətən müharibəsi və Şuşanın, Xankəndinin azad edilməsi ilə əlaqədar yüzlərlə yazılarım çıxıb. Vətənə münasibətin məsafə ilə heç bir əlaqəsi yoxdur. Anadan harada olmağın o demək deyil ki, sən ora bağlısan və mütləq doğulduğun yerdə yaşamalısan… Bağlılıq, əsasən, vətənin çətin günlərində hansı səviyyədə onun işinə yaraya bilməyindən asılıdır. Mən hər zaman, harada olmağımdan asılı olmayaraq, vətənimə yaramağa, vətənim üçün töhfələr verməyə, layiqli vətəndaş olmağa cəhd etmişəm”, – deyə R.Quliyev bildirib.

Xatırladaq ki, 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa