!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Roman Qriqorçuk: "Belə suallara təəccüblənirəm"

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının II turunda keçirilən “Qəbələ” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

– Komandadan razı qaldızmı? Bu qələbə növbəti oyuna ümid verirmi?

– Komandamdan razıyam, çünki qələbə qazandıq. Növbəti rəqib də çox maraqlıdı.Həmişə oyunlarımız maraqlı alınıb.

– Bir qədər aqressiv qarşıladız sualı. Bu nədən irəli gəldi?

– Komanda qələbə qazanıb. Mən özümü yaxşı hiss edirəm. Hər qələbədən sonra müxtəlif əhval-ruhiyyədə oluram. Sadəcə keçən il futbol baxımından rəqibləri “öldürürdük”. Amma bu il elə deyil.

– Cavid Hüseynovu meydana niyə buraxmamışdız?

– Cavid çox çalışdı ki, “23-lük”də və əsas heyətdə olsun. Amma boğazında angina olduğu üçün risk etmədik.

– Növbəti tur çempionatın finala bərabər oyunu olacaq. Amma “Qarabağ”ın “Kopenhagen”lə oynayacağını nəzərə alsaq bu nisbi üstünlük qazandırırmı “Qəbələ”yə?

– Əslində belə suallara təəccüblənirəm. İstərdim ki, biz də avrokuboklarda davam edək. Bu komandanın inkişafına gətirib çıxarır. Düşünürəm ki, onların üstünlüyü daha çoxdu. Müxtəlif səviyyəli klubların sürətini hiss edirlər. Amma tam komplektləşmiş şəkildə mübarizə aparmaq onlar üçün üstünlükdü.

– Hakimliklə bağlı nə deyə bilərsiz?

– Adətən qırmızı vərəqə, penalti filan olanda hakimlikdən danışırlar. Bu gün hakimlərin idarəçiliyindən xoşum gəlmədi. Bəzən bizim futbolçular yıxılanda fikir vermirdi, ətrafdakılarla söhbət edirdi. Belə olanda rəqib də başqa cür oyun nümayiş etdirir. Bu gün ən azı bir qırmızı və 2-3 sarı vərəqə göstərilməli idi.

– İlqar Qurbanovun zədələnməsindən sonra Tellur meydana daxil oldu və oyunun taleyin həll etdi. Düşünmək olarmı ki, bu futbolçu özünü bir daha sübut etdi?

– Əlbəttə o daha böyük addım atdı, qol vurdu. Qələbə qolunu vurması onun üçün ikiqat yaxşıdı. İkinci hissədə hücuma daha çox qoşulurdu. Amma zədəli olduğu üçün əsas heyətdə meydana buraxmırıq.

– “Pəncərə”nin sonuna qədər “Qəbələ”dən yeni transfer gözləyək?

– Bu il transfer edərkən, daha çox universal futbolçulara üstünlük verdi. Hər hansı xəstəlik və zədələr qarşımızı almasa qışa qədərə komandanı komplektləşmiş hesab edirəm.

Emin, Qəbələ

Yenicag.az

COP29

www.yenicag.az

1072
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv