!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Roman Qriqorçuk: “Qəbələ”də çox çətinliklə üzləşmişəm”

!Reklam – Yazi

Sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” “Yagelloniya”nı qəbul edəcək.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Qəbələ” oyuna nə dərəcədə hazırdı?

– Sabahkı oyuna tam hazırıq. Təəssüf ki, bu sözləri heyətə yeni qoşulan futbolçular barədə deyə bilməyəcəm. Çünki onlar hələ tam hazır deyillər. Ancaq ola bilsin, onlardan bir neçəsi sabah meydana çıxsın.

– Hər il heyətdə dəyişikliklərin çox olması barədə nə deyə bilərsiz?

– Futbolçuların getməsi və yenilərin gəlməsi normal haldı. Bunu müzakirə etsək, söhbət uzanacaq. Bundan pis heç nə görmürəm. Futbol belədi, kimlərsə gəlir, kimlərsə gedir. Yeni futbolçularla işləmək daha maraqlıdı. Onlarla işləmək bizə çətin deyil. Əsas odu ki, onlar tam hazır olsunlar. Lakin bu ilki transferlərimiz bizə çox gec qoşuldular.

– Rəqib barədə nə deyə bilərsiz?

– Rəqib bizdən fərqli olaraq ötən ilki heyətini qoruyub saxlayıb. Çempionluğa çox yaxın olublar. Bu da onu deməyə əsas verir ki, rəqib çox güclüdü. Yaxşı təşkilatlanmış, stabil komandadı.

– Yeni transferlərin səviyyəsini necə dəyərləndirirsiz? Əvvəlki illərdə komandada oynamış legionerlərdən üstün saymaq olar?

– Yeni oyunçuları özümüz seçmişik. Onların bacarığını bilirik. Ancaq bu oyunçuları əvvəlki illərdəki futbolçularla müqayisə etməzdim. Çünki həmin oyunçularla da qrup mərhələsinə vəsiqə qazamışdıq. İndiki oyunçular barədə nə isə fikir bildirmək üçün hələ tezdi. Son bir neçə ildə “Qəbələ”də çox çətinliklə üzləşmişəm. Həyatım boyu heç vaxt belə çətinliklərlə üzləşməmişəm. Lakin bu çətinliklər bizi bir az da gücləndirir.

– Azərbaycan komandalarının cari avrokubok mövsümündə uğurlu çıxışı “Qəbələ”yə əlavə güc verir?

– Əlbəttə, bu, bizi sevindirir. Digər komandaların uğuru bizi ancaq sevindirə bilər. O ki, qaldı digər komandaların uğurlarının və ya uğursuzluğunun bizə təsirinə, bunun bizim oyunumuza heç bir dəxli yoxdu. Uğurlara sevinirik, lakin biz yalnız öz oyunumuza köklənmişik.

– Əvvəlki sisteminizi qoruyacaqsız, yoxsa yeni transferlərə uyğun olaraq yeni sistem seçəcəksiz?

– Biz heç vaxt öz oyun sistemimizə uyğun futbolçu seçmirik. Həmin oyunçular özləri vaxt keçdikcə komandanın oyun sisteminə uyğunlaşırlar.

– Transferlər zamanı çempionatdakı legioner limitini nəzərə almısız?

– Yeni transferləri həyata keçirəndə, legioner limitini nəzərə almırıq. Amma legioner çox olanda rəqabət yaradır, rəqabət də ancaq komandanın inkişafına kömək edir.

– “Qəbələ” region klubudu. Komandaya legioner cəlb edərkən bununla bağlı çətinlik çəkmirsiz ki?

– Əlbəttə, bununla bağlı müəyyən çətinliklərimiz var. Yeni oyunçularımıza söz vermişik ki, paytaxtda daha çox məskunlaşacağımıza söz vermişik. Elə oyunçu olur ki, Avropanın başqa klublarından məsələn, 10 manatlıq təklif alırsa, biz onları komandaya cəlb etmək üçün 20 manat maaş təklif etməli oluruq. Oyunçuların bu cür istəyini başa düşmək olar.

– Komandanın əsas məqsədi nədi? Yeni futbolçuların transferi gözlənilirmi?

– Sabah bizim əsas məqsədimiz qalib gəlməkdi. Digər məsələlər isə sonranın işidi. Əlbəttə, ola bilsin, mərhələ keçdikcə yeni futbolçular da transfer edək. Hələliksə, yalnız sabahkı oyuna köklənmişik.

Yenicag.az

COP29

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv