Portuqaliya millisinin və “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun anası Dolores Santuş oğlu ilə bağlı açıqlama verib.
Yenicag.Az xəbər verir ki, anası oğlunun növbəti dəfə ata olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Məsələ burasındadı ki, ulduz oyunçu bir neçə gün əvvəl şəxsi “instagram” hesabında sevgilisi Ceorcina Rodriqeslə şəklini paylaşmış, əlini münasibətdə olduğu xanımın qarnına qoymuşdu. Bundan sonra Ceorcinanın Ronaldodan hamilə olması ilə bağlı xəbərlər yayılılıb.
Futbolçunun anası isə məlumatı təkzib edib: “Bu, mənasız söhbətdir. O, sadəcə, əlini sevgiliisinin qarnına qoyub. Bir də mən bildiyimə görə, daha Kriştianonun övladı olmayacaq”.
Xatırladaq ki, Ronaldonun 7 yaşlı oğlu var.
Yenicag.Az
www.yenicag.az