Röya "Qarabağ"ın futbolçusu barədə: "O, mənim canımdır"

media-hightechnic-468x90

Azərbaycanın məşhur müğənnisi Röya “Qarabağ”ın futbolçusu Mahir Mədətovla şəklini paylaşıb.

Yenicag.az xəbər verir ki, şəxsi “instagram” hesabında paylaşım edən əməkdar artist millimizin üzvü ilə olan xatirəsindən söz açıb: “O, mənim canımdır. Onu ilk dəfə görəndə 6 yaşı vardı. Uy da, qocaldıq. Maşallah olsun, mənim uğurum, alqışım və vuran ayağım. O, bizim “Qarabağ” futbol klubunun fravoritidir. Biz gənclərə inanmalıyıq”.

Qeyd edək ki, şəkil ötən gün dövlət başçısı İlham Əliyevin İslam Həmrəliyi Oyunlarında fərqlənən idmançılarımızla görüşü zamanı çəkilib.

Xatırladaq ki, İslamiadada U-23 millimizin heyətində çempion olan Mahir şou-biznes aləmində tanınan prodüser Anar Mədətovun oğludur.

received_1465233690201119

Yenicag.az

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600