Rus əsgərin öldürdüyü Avetisyanla bağlı şok məlumat yayıldı

media-hightechnic-468x90

imageErmənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun iki yaşlı körpə də daxil, 7 nəfərlik erməni ailəsinin 6 üzvünü avtomat silahla qətlə yetirməsi ilə bağlı ajiotaş hələ də davam edir.

Yenicag.az Azerinfo.org-a istinadən bildirir ki, öldürülənlər ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. .

Bu hadisədən sonra erməni ictimaiyyəti Valeri Permyakovun cəzalandırılması və Rusiya əleyhinə etiraza başlayıb. Rus əsgər isə öz ifadəsində bildirib ki, “O bildirib ki, bazanı gəzinti məqsədilə tərk edib və təsadüfən Avetisyanların evinə gedib”.

Maraqlıdır ki, gəzintiyə çıxan əsgər nə üçün tanımadığı bir ailənin evinə gedib? Dünən “Hovo Margaryan” adlı şəxsə məxsus [email protected] mailindən çoxsayda mailə göndərildiyi “məktub göndərmə” yerindəki maillərdən bəlli olan məktub bu sualı aydınladır. Belə ki, həmin şəxs göndərdiyi qısa mesajda bildirib ki, Seryoja Avetisyan ilə Valeri Permyakov arasında əvvəlcədən münasibət olub: “Valeri onun müştərisi idi. Başqa əsgərlər kimi. Seryoja ölənə qədər “mal” satırdı, öldü “müqəddəs” oldu” deyərək, Ermənistandakı aksiyaları pisləyib.

Həmin şəxsin sözlərinə görə, Avetisyan “bariqa” olub və onun yanına xeyli sayda əsgər, zabit və digər insanlar narkotik maddə almaq üçün gəlirmiş. Lakin həmin gün Permyakovun üzərində “mal” alacaq qədər pul olmadığından Avetisyan borca vermədiyi kimi əsgəri də təhqir edib. Əsgər də “ana söyüşü”nü qəbul etmədiyindən belə bir qətlə imza atıb.

Doğrudur, məktubun bir rusyönümlü şəxs tərəfindən məqsədli şəkildə yazıldığı da düşünülə bilər. Lakin rus və erməni dillərində olan məktubda ruslara nifrət edildiyi də qeyd olunur: “Avetisyan pis idi, ruslar ondan da pisdir”. Yəni, bu versiya böyük ehtimalla ortadan qalxır. İstənilən halda isə bir əsgərin gəzmək üçün parka, diskotekaya getmək yerinə tanımadığı şəxsin evinə getməsi və o ailəni qətlə yetirməsi sual doğurur./Azerinfo.org

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600