Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya geri çəkilir

Rusiya əsgərləri, Türkiyənin hərbi əməliyyata hazırlaşdığı Afrin bölgəsindən çıxır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 xüsusi birləşmədən cəmi 200-ə yaxın Rusiya əsgəri Əsəd rejiminin nəzarəti altında olan Nubül qəsəbəsinə doğru hərəkət edir. Rusiya PKK\PYD terror təşkilatının işğalı altında olan Afrin və çevrəsindəki kəndləri 15 gün əvvəl tərk etməyə başlayıb. Dünən isə bölgədəki sonuncu Rusiya əsgərləri də ərazidən çəkilib.

Qeyd edək ki, yerli qaynaqların verdiyi məlumata görə, 200-ə yaxın əsgər Afrindən çıxsa da, 50-yə qədər kəşfiyyatçı bölgədəki fəaliyyətini davam etdirir.

Yenicag.Az

www.yenicag.az

601
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100