!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Müdafiə Naziri hesabat yaydı: “122 min silahlıya qarşı vuruşduq”

!Reklam – Yazi

“Rusiya hava hücumundan müdafiə qüvvələri hakimiyyət qüvvələri əleyhinə olan birləşmələrə qarşı Suriyada 21.000 gecə olmaqla, 40.000-dən çox uçuş həyata keçirib”.

Yenicag.az xəbər verir ki, bu barədə ASEAN üzv ölkələrinin birgə dialoqunda çıxış edərkən Rusiya Müdafiə Naziri Sergey Şoyqu bildirib.

“Hərbi əməliyyatlar zamanı təxminən 122 min əks-hakimiyyət qüvvələrinin obyektlərinə hücumlar təşkil edilib. Bunun nəticəsində qarşı tərəf çox sayda itkilər verib. Biz Suriyada çox böyük hərbi təcrübə qazandıq, regionda sabitliyə qismən nail olduq. Bu təcrübələrimizi bölüşməyə hazırıq” – deyə Şoyqu qeyd edib.

“Rusiyanın qarşıdurma tərəflərinin barışığa çağırması ilə birgə səylər formalaşdırılıb. Nəticədə ölkənin hər yerindən 2500-dən çox yaşayış məntəqəsi barışıq prosesinə qoşulub” – deyə Müdafiə Naziri əlavə edib.

“Rusiya hər zaman qaçqınların humanitar məsələləri həll etmək və evlərinə qayıtmaq üçün kömək edilməsinə xüsusi diqqət yetirib” – deyə Nazir sözlərini bitirib.

www.yenicag.az

3498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv