Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya Qazaxıstan və Qırğızıstan hərbçilərini Suriyaya göndərməyi təklif edib

Rusiya Qazaxıstan və Qırğızıstana Suriyadakı təhlükəsizlik zonalarına hərbçi göndərməyi təklif edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“İdlib bölgəsində Türkiyə və Rusiya, Dəməşq ətrafında Rusiya və İran, cənubda Dera bölgəsində isə İordaniya və ABŞ əsgərlərinin olacağı bir mexanizm üzərində iş gedir. Hətta Rusiyanın təklifinə əsasən, Qırğızıstan və Qazaxıstan müəyyən sayda güc göndərə bilər”, – o bildirib.

Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədri Vladimir Şamanov «RİA Novosti» agentliyinə müsahibəsində, Qazaxıstan və Qırğızıstana Suriyadakı təhlükəsizlik zonalarına hərbçi göndərməyi təklif edib.

Onun sözlərinə görə, hələlik bu barədə qərar qəbul olunmayıb.

Qeyd edək ki, may ayının əvvəllərində Astanada Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında Rusiya, Türkiyə və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

Sazişin Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə hazırlandığını bildirən Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiya, İran, Türkiyə, Suriya, İsrail və digər ölkələrin xüsusi xidmət orqanları arasındakı təmasların Suriyadakı gərginliyin azaldılması məsələsinə töhfə verdiyini deyib.

Yenicag.az

www.yenicag.az

631
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100