“Rusiya üçün nəticələr çox ağır olacaq”-Fazil Mustafa

media-hightechnic-468x90

fazil-mustafa-1man1Ukrayna ilə ABŞ arasında mühüm sənəd imzalanıb. Belə ki, razılaşmaya əsasən Amerika Birləşmiş Ştatları Ukraynaya 2 milyard dollar məbləğində kredit verəcək. Daha sonra, ABŞ maliyyə naziri Rusiyaya qarşı sanksiyaları daha da kəskinləşdirə biləcəklərini bildirib.
Belə olan halda Rusiyanın məsələyə reaksiyası maraqlı olaraq qalır. Mövzu ilə əlaqədar millət vəkili Fazil Mustafa Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiya öz işğalçı siyasətini davam etdirir və hansısa yüksək miqdarda kreditlə bu siyasəti dayandırmaq mümkün deyil: “ABŞ Ukraynanın xilası üçün hələ ki, effektli tədbirlər görə bilmir. Bütün hallarda iqtisadi sanksiyalar Rusiyanın iqtisadi sistemini iflic vəziyyətə salıb. Rusiya əslində inad savaşı aparır, qısa müddətdə uğurlu görünsə də, yaxın zamanlarda nəticələri dəhşətli olacaqdır”-deyə millət vəkili qeyd edib.

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600