Rusiya və Fransa prezidentləri görüşüb
Rusiya prezidenti Vladimir Putin fransız həmkarı Fransua Ollandla şənbə günü Ukrayna böhranını müzakirə ediblər.
Moskvanın Vnukovo-2 aeroportunda keçirilən planlaşdırılmamış görüş iki saat çəkib.
Ukrayna böhranını müzakirə edən prezidentlər atəşkəsin dərhal dayandırılması mövqeyindən çıxış ediblər. “Biz Ukraynada nələr baş verdiyinə dair informasiya mübadiləsi apardıq, – deyə V.Putin jurnalistlərə bildirib. – Həm Fransa, həm də Rusiya yaxınlaşmaq, o cümlədən vahid siyasi məkanı bərpa etmək üçün yollar tapılması məqsədi ilə qan axıdılmasına dərhal son qoyulmasına tərəfdardır”.
Rusiya prezidenti, həmçinin məlumat verib ki, görüşdə Ukrayna problemi ilə yanaşı, ikitərəfli əlaqələr, Suriyada vəziyyət, İranın nüvə proqramı ətrafında müzakirələr aparılıb.
Fransua Olland da öz növbəsində görüşün yekunları barədə danışarkən bildirib ki, Ukraynada böhranın nizamlanması üçün bütün imkanlardan istifadə etmək lazımdır.
(gun.az)