Rusiyada dəmir yolu körpüsündə güclü partlayış

media-hightechnic-468x90

Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə güclü partlayış baş verib. 

Yenicag.az xəbər verir ki, bu barədə Samara vilayətinin rəhbərliyi məlumat yayıb.

Hadisə Kinel şəhəri yaxınlığındakı körpüdə (1136-cı kilometr) baş verib. Partlayış nəticəsində körpü yararsız vəziyyətə düşüb.

Fövqəladə vəziyyətlə əlaqədar qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hökumətin mətbuat xidməti insan tələfatının olmadığını bildirib.

Hazırda təhlükəsizlik əməkdaşları hadisə yerindədir./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa