Rusiyada Hüseyn Həsənovun şirkəti ləğv edildi

media-hightechnic-468x90

Rusiya Federal Vergi Xidməti bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.

Yenicag.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Zvezdaç” “Telegram” kanalı məlumat yayıb.

Bloqer şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC-ni təsis edib. Lakin şirkətin hüquqi ünvanı və əməkdaşları haqqında məlumat etibarsız olub. pizza mizza

İndi Rusiyanın Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarına gəlib və hesabları artıq bloklanıb.

Bundan əlavə, H.Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Bloqer məhkəmələrə az qalmış təsisçilər heyətini tərk edib.

Mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə Həsənov axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən, bloqer 7 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

H.Həsənov ona qarşı iş açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa