Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar öldürüldü

media-hightechnic-468x90

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc “Facebook” hesabında məlumat paylaşıb. O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmk istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05