!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın 22 həkimi Azərbaycana gəldi

!Reklam – Yazi

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan növbəti çarter reysi yerinə yetirib.

Yenicag.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib.

Rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Rusiya təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Daha əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur. Xüsusi halda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. O, Azərbaycana da səfərin planlaşdırıldığını qeyd edib.

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv