!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın gələcək prezidenti kim olacaq? – “Qərb onun hakimiyyətə gəlməsində maraqlıdır”

!Reklam – Yazi

“Rusiyanın növbəti başçısının kim olacağı hər zaman Qərbin maraq dairəsində olub”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya Federasiyası Prezidenti Vladimir Putinin varisliyi ilə bağlı yayılan xəbərlərin hansı siyasi mesajları özündə əks etdirdiyini şərh edən politoloq Əhməd Şahidov deyib.

Onun sözlərinə görə, tarixə nəzər yetirsək, elə Putinin hakimiyyətə gətirilməsi Yeltsin tərəfindən ortaya atılan gözlənilməz qərar idi.

“Rusiyanın növbəti başçısının kim olacağı isə hər zaman Qərbin maraq dairəsində olub. Buna səbəb isə əsas rəqib və düşmənin Rusiya qəbul edilməsidir. Ancaq hazırda belə xəbərlərin mediada görülməsi Kremlin addımlarıdır. Çünki bununla Putin hakimiyyət daxili intriqaları üzə çıxararaq, özünə yaxın və Rusiyanın hazırkı siyasətini davam etdirə biləcək şəxsin başa keçməsini istəyir. Eyni zamanda, bu tip xəbərlər həmçinin Qərbin nəbzini yoxlamaq məqsədi daşıyır.

Qərb isə daha mülayim siyasət yürüdəcək və əməkdaşlığa hazır olacaq şəxsin hakimiyyətə gəlməsində maraqlıdır. Lakin Kreml hazırda elə bir yoldadır ki, geri dönüşü yoxdur. İstənilən halda, Ukraynada müharibəni davam etdirmək və yekunlaşdırmaq lazımdır. Əks təqdirdə, Rusiya parçalana və kiçik respublikalara bölünə bilər. Ən yumşaq Rusiya siyasətçisi belə bunu etməz”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv