!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukraynada müharibə TAKTİKASI – Moskvanın əsas məqsədi AÇIQLANDI

!Reklam – Yazi

“Kurskun itirilməsi Rusiya üçün problem yaratmır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsi və əməliyyatlarını gedişini dəyərləndirən hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, müharibə Rusiyanın üstünlüyü ilə davam edir.

“Rusiya komandanlığı yaranmış şəraiti qiymətləndirərək, qərar verir. Düşünmürəm ki, Kursk istiqamətini Rusiya özü üçün təhlükə görür. Kursk vilayətinin bir hissəsini Ukrayna tərəfi işğal edib. Əgər Ukraynanın bu işğalı Rusiyanın ümumi strateji planına təsir etmirsə, Rusiyanın səbrli davranması normaldır. Rusiya açıq döyüşlərə girmədən Ukrayna ordusunun atəş dəstəyini azaltmaq üçün addımlar atır, logistikada problemlər yaradır ki, hücum inkişaf etməsin. Ukraynanın Kurska girməsi Rusların Ukrayna cəbhəsində əməliyyatlar aparımasına mane olmadı”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Ukrayna Kurska hücum edir, ancaq eyni vaxtda Rusiya Ukraynanın daha 7 yaşayış məntəqəsini işğal edib.

“Pokrovsk şəhəri yaxınlığında döyüşlər gedir. Xarkov cəbhəsinin yarılması barədə də məlumatlar yayılıb. Rusiyanın əsas məqsədi işğalı genişləndirmək və Ukraynanı öz istədiyi şərtlərlə danışıqlar masasına gətirməkdir. Kurskun itirilməsi Rusiya üçün problem yaratmır. Rusiya üçün əsas odur ki, hücum genişlənmir”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv