Rusiyanın yeni səfiri Bakıya gəldi

media-hightechnic-468x90

Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov bu gün səhər saatlarında Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.

O, daha sonra bu barədə əlavə məlumatın veriləcəyini deyib.

Qeyd edək ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

M. Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub.

O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa