Rusların Donbasda yeni hədəfi bəlli oldu

media-hightechnic-468x90

Rusiya qoşunları Donetsk vilayətinin Kuraxovo qəsəbəsinə 2 km yaxınlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Yulian Röpke məlumat yayıb.

Ekspert qeyd edib ki, o, sentyabrın ortalarında müharibədən əvvəl təxminən 18.000 nəfərin yaşadığı Donetsk vilayətinin cəbhə bölgəsində yerləşən Kuraxovo şəhərinə səfər edib.

“O zaman rus qoşunları təqribən 8 km. şərqdə yerləşirdi. Oktyabrın əvvəlində onlar Ostrovskoye kəndini ələ keçirərək Kuraxovo su anbarının sahillərinə çatıblar. İndi onlar şəhərdən cəmi 2 km aralıda yerləşirlər. Ağır itkilərə baxmayaraq, Rusiya Silahlı Qüvvələri irəliləməyə davam edir.

Kuraxovo yaxınlığında döyüşlər getdikcə, daha ciddi xarakter alır. Biz burada böyük bir sıçrayış görürük, təxminən 6-7 km. son bir ay ərzində keçilib. Bu, ilan kimi çox dar bir zolaqdır və onlar Kuraxovoya doğru gedirlər”, – deyə Röpke bildirib.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600