!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvili Ukraynaya belə daxil oldu - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıtmaq cəhdi baş tutub.

Yenicag.az-ın məlumatına görə, ötən gün Polşadan qatarla Ukraynaya keçməyə cəhd göstərən gürcü siyasətçinin istəyi baş tutmamışdı və Ukrayna sərhədçiləri onu qatardan enməyə məcbur etmişdilər. Lakin o, avtobusla başqa bir sərhəd-keçid məntəqəsinə gedərək istəyinə çatıb. Burada ona tərəfdarları da kömək ediblər. Məhz böyük insan kütləsinin dəstəyi sayəsində Ukrayna ərazisinə daxil olan Saakaşvili qarşıdurmaya da səbəb olub. Belə ki, burada onun tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.

Xatırladaq ki, Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar onun Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılıb.

Daha sonra ABŞ-dan Polşaya qayıdan Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlamışdı.

www.yenicag.az

3409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv