“Sabah” “Araz-Naxçıvan”ı məğlub etdi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda “Turan Tovuz” evdə “Zirə”yə 1:2 hesabı ilə uduzub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05