“Sabah bütün dünya Azərbaycanın qüdrətinin bir daha şahidi olacaq”

media-hightechnic-468x90

2f368700696a82ece95f4a5f062b3f65“Sabah bütün dünya I Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq”.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

“Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq. Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar. Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək. Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər. Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!” , – deyə Novruz Məmmədov yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600