“Sabah” FİBA Avropa Kubokunda mövsümə qələbə ilə başladı

media-hightechnic-468x90

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun 2023/2024 mövsümündə ilk oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada təşkil olunan təsnifat mərhələsinə Niderland təmsilçisi “Donar”la qarşılaşıb.

Qroningenlilərlə görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 75:72.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” növbəti oyunlarını oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”ə (Buxarest, Rumıniya) qarşı keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa