Sabah hava necə olacaq?

media-hightechnic-468x90

cloudy_sky_weather_120415Noyabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 17-də yağış yağacağı, duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Noyabrın 17-18-də ayrı-ayrı yerlərdə qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

media-ziraat-728x90

Sabah hava necə olacaq?

media-hightechnic-468x90

1ff5bef75390fa16cb2cd6c592ab6b6bGecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə olacaq.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600