Sabah Milli Qəhrəmanın şəhid olduğu gündür

media-hightechnic-468x90

ghgjhkjSabah Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhid olmasından 21 il ötür.

Milliyətcə Axiska türklərindən olan Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala-Asiya kəndində dünyaya gəlib. 1989-cü ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axiskalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana gələrək Şəmkirin Kür qəsəbəsində məskunlaşıb.

İsgəndər 1992-ci ilin mart ayında Milli Orduya könüllü olaraq gedib. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. 18 aprel 1993-cü ildə Aznaurov İsgəndər döyüşdə qəhrəmancasına həlak olub.

Evli idi. Üç qızı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütovlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarını şərəflə yerinə yetirilməsində misilsiz xidmətinə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhramanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub(qafqazinfo.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600