Sabahdan havalar isinir

media-hightechnic-468x90

79614Sabah Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600