Sabiq nazir arvadı psixiatriya mərkəzindən qaçdı

media-hightechnic-468x90

92642Yunanıstanın keçmiş müdafiə naziri Akis Çohacopulosun həyat yoldaşı Vicky Stamati müalicə aldığı psixiatriya mərkəzindən qaçıb.

Yenicag.az qafqazinfo-ya  istinadən xəbər verir ki, polislər eks-nazirin həyat yoldaşının axtarışına başlayıblar. Onun paytaxt Afinada gizləndiyi güman edilir.

Qeyd edək ki, eks-nazir Çohacopulos 2013-cü ildə rüşvət aldığı üçün 20 il müddətində azadlıqdan məhrum edilmişdi. Onun həyat yoldaşı Vicky Stamatiyə məsələdən xəbərdar olduğu üçün 12 il həbs cəzası verilmişdi.

Vicky həbsxanada ikiqat mastektomiya əməliyyatı keçirmiş, psixologiyası ciddi şəkildə pozulmuşdu. O, xüsusi kamerada müalicə alırdı.
“Qafqazinfo”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600