Sabiq prezidentə kiber hücum-Foto

media-hightechnic-468x90

58531Ötən ilin avqust ayında prezidentlik səlahiyyətini başa vuran Türkiyənin sabiq ölkə başçısı Abdulla Gül hakerlərin hədəfi olub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, 2014-cü ildə səlahiyyətlərini Rəcəb Tayyib Ərdoğana verən sabiq prezident Abdullah Gülün “Tvitter” mikrobloqu tərəfindən rəsmən təsdiqlənən səhifəsi qısa müddət ərzində hakerlər tərəfindən ələ keçirilib.

Kiber-hücumu “Börteçine Siber Tim” adlı qrup həyata keçirib. Haker qrupu 6 milyon 280 min izləyicisi olan hesabdan müxtəlif fotoşəkilllər və 6 tvit yazıblar.

İLk hücumdan sonra geri qaytarılan hesabı hakerlər ikinci dəfə ələ keçiribər, lakin bu dəfə də onların cəhdi baş tutmayıb.

Qeyd edək ki, Abdullah Gül 2007-ci ildən Türkiyədə prezidentlik edib. Ölkəsinin 11-ci dövlət başçısı olan Gül kariyerasında böyük addımlar atan siyasətçi olub. O, müxtəlif illərdə Türkiyənin xarici işlər naziri, baş nazir köməkçisi, baş naziri vəzifələrində çalışıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600