Sabiq vitse-prezident həbs edildi

media-hightechnic-468x90

83570Şirkət prezidentinin qızı həbs edilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, “Korean Air” aviaşirkətinin prezidentinin qızı, şirkətin keçmiş vitse-prezidenti Ço Xen 1 il müddətinə həbsə məhkum edilib. 40 yaşlı qadın uçuşların təhlükəsizliyi haqqında qanunu pozub. Belə ki, qadın təyyarə reysini gözlətməkdə günahlandırılırdı. O həmçinin təyyarə kapitanına öz vəzifələrini yerinə yetirməyə mane olmaqda da günahlandırılıb.

Prokuror qadının 3 il müddətinə həbs edilməsini tələb etsə də, məhkəmə onu bir illik həbs cəzasna məhkum edib.

Qeyd edək ki, hadisə keçən il dekabrın 5-də olub. Xen duzlu fındıq istəyib və stüardessa fındıqları boşqabda deyil, paketdə gətirib. Bundan qəzəblənən Ço Xen ekipajdan stüardessanı qovmağı tələb edib. Nəticədə Nyu-York reysi 20 dəqiqə ləngiyib. Daha sonra Xen öz davranışına görə üzr istəyib.

  

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa