Sabir Rüstəmxanlı televiziyaları sərt tənqid etdi

media-hightechnic-468x90

Televiziya vaxtilə cəmiyyətin inkişafında nə qədər rol oynayıbsa, hazırda cəmiyyətin əxlaqının pozulmasında, milli-mənəvi dəyərlərin dağılmasında o qədər rol oynayır.

Yenicag.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bildirib.

Deputat vurğulayıb ki, xüsusi aparıcıların müəllifi olduğu şou proqramlar ciddi narahatlıqlar doğurur: “Bu kontekstdə ictimai şuraların işinə diqqəti yönəltmək istəyirəm. Bir çox qurumlarda ictimai şura yaratmaq dəbə çevrilib.

Təəssüf ki, bu şuraların adı var, amma ya rəyləri nəzərə alınmır, ya da ictimai şuranın fikri ictimaiyyətin rəyi deyil. Soruşmaq lazımdır ki, ictimai şuralar niyə yaradılır? Bizə ictimaiyyətin rəyi lazımdırmı əgər lazımdırsa, niyə nəzərə alınmır?”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa