Sabunçuda 53 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib
Bakının Sabunçu rayonunda ana ölümü qeydə alınıb.
Yenicag.az xəbər verir ki, O.Əfəndiyev küçəsi 2 ünvanında yerləşən doğum evində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuş zamanı vəfat edib.
Faktla bağlı müvafiq araşdırmalar aparılır./report/













