“Arpaçay Karate Klubu” və “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin birgə təşkilatçılığı, İnclusive Organization Team və Mərkəzi Qan Bankının tərəfdaşlığı, həmçinin Bakı İdman Sarayının dəstəyi ilə Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq.
Yenicag.az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil edilir.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyası 20.01.2024-ci il tarixində, saat 10:00-dan 16:00-dək Bakı İdman Sarayında həyata keçiriləcəkdir. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Qeyd edək ki, həmin tarixdə Bakı İdman Sarayında Arpaçay Karate klubunun təşkilatçılığı, Gənclər və İdman nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə dəstəyi ilə Səhidlərimizin əziz xatirəsinə həsr olunmuş “ARPAÇAY OPEN” karate turniri keçiriləcək.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “ARPAÇAY OPEN” karate turnirinin rəsmi açılış mərasimi Yanvar ayının 20-də, saat 16:00-da baş tutacaq.
Giriş sərbəstdir!
www.yenicag.az