Sahibə Qafarova ilə Simonyanın növbəti görüşü bu tarixdə olacaq

media-hightechnic-468x90

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə Simonyan cümə axşamı Ermənistanın İctimai Televiziyasının efirində deyib:

“Biz növbəti görüşlə bağlı razılığa gəldik. İlkin razılıq var ki, növbəti görüş mayın ortalarında baş tutacaq”, – o bildirib.

Simonyanın sözlərinə görə, görüş Parlamentlərarası İttifaq çərçivəsində baş tuta bilər.

“Parlamentlərarası İttifaqın platforması həm bizim, həm də Azərbaycan tərəfi üçün arzuolunandır, onlar müdaxilə etmirlər və sadəcə məkan verirlər”, – Simonyan qeyd edib.

Xatırladaq ki, Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa