Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.
Z.Səmədzadə bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.
www.yenicag.az