Şahin Diniyevin istefası qəbul edildi

media-hightechnic-468x90

Gəncə şəhərində “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Müşahidə Şurasının sədri Elmir Vəliyev, Müşahidə Şurasının üzvləri Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib.

İ.Abbasovun Müşahidə Şurasına üzv, eyni zamanda Müşahidə Şurasının sədr müavini təyin olunub. İclasda “Səbail” ilə doğma meydanda alınan məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən “Kəpəz”-in baş məşqçisi Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub. Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər. Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa