Şahin Mustafayev səfir ilə görüşdü

media-hightechnic-468x90

2bd6c0086fedd8cb18d20b6c949d3df4Yenicag.az apa-ya istinadən bildirir ki, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ş. Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə səfirə məlumat verib.

Nazir həmçinin Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diplomatın diqqətinə çatdırıb.

Öz növbəsində səfir Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirərək, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb. O əlavə edib ki, İordaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. İordaniyalı diplomat ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və İordaniya arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600