Şahmat üzrə dünya çempionatı başladı: Şəhriyar Məmmədyarov ilk günə 3 qələbə qazandı

media-hightechnic-468x90

Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürülüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Kral Salmanın adını daşıyan yarışın ilk günündə rapid növündə kişilər arasında 5 tur keçirilib.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassem və rusiyalı Aleksandr Morozeviçə qalib gəlsə də, ermənistanlı Tiqran Petrosyan və ukraynalı Anton Korobovla heç-heçə edib. Bu nəticələrdən sonra Məmmədyarov 4 xalla 4 – 18-ci yerləri bölüşür.

Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 3,5 xalla 19 – 45-ci, Rauf Məmmədov 3 xalla 46 – 89-cu pillələrdə qərarlaşıb.

Qadınların mübarizəsində isə 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni 2 qələbə, 2 heç-heçə edən Gülnar Məmmədova göstərib. O, ilk yarış günündən sonra 3 xalla 8 – 29-cu pillələri bölüşür. Günay Məmmədzadə 2,5 xalla 30 – 52-ci, Zeynəb və Türkan Məmmədyarova bacıları 2 xalla 53 – 76-cı pillələri bölüşürlər.

Qeyd edək ki, rapid növündə mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar./Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05