Şahramanyan Xankəndindəki partlayışın səbəbini AÇIQLADI

media-hightechnic-468x90

Qarabağda artıq ləğv edilən qondarma qurumun “rəhbəri” Samvel Şahramanyan Xankəndi yaxınlığında yerləşən yanacaqdoldurma anbarındakı partlayışla bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, o, partlayış ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, partlayış “Müdafiə Ordusu”nun təcili ehtiyat anbarında baş verib. Anbarda olan yanacaq istifadə olunmayıb və döyüş əməliyyatları zamanı istifadə üçün nəzərdə tutulub.

Partlayış əsas təhlükəsizlik qaydalarına əməl edilməməsi, insanların anbardan yanacağı özbaşına çıxarması səbəbindən baş verib.

“Partlayış nəticəsində ölənlərin sayı demək olar ki, hərbi əməliyyatlar zamanı ölənlərin sayı ilə müqayisə olunur. Ölənlərin əksəriyyəti Xankəndi sakinləridir”, – Şahramanyan qeyd edib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, partlayış zamanı 170 nəfər ölüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600