Şairə vəfat etdi

media-hightechnic-468x90

79533Azərbaycanın tanınmış şairəsi vəfat edib. Nurəngiz Gün bu gün səhər saatlarında dünyasını dəyişib.

Şairənin qızı deputat Jalə Əliyeva açıqlamasında anasının uzun müddət yataq xəstəsi olduğunu deyib. Onun sözlərinə görə, N.Gün böyrək, ürək xəstəliklərindən əziyyət çəkib, ayaqları tutulub və yataq xəstəsi olub.

Hələlik onun harada dəfn ediləcəyi bəlli deyil. “Anam prezident təqüdçüsü olub. Biz onun harada dəfn edilməsi ilə bağlı müraciət etmişik. Mərasimin sabah baş tutması gözlənilir. Lakin hələlik harada dəfn ediləcəyi müəyyən deyil”.

Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə “Ulduz” jurnalında dərc edilən “Tanrı” (1981) povesti ilə gəlib.

Allah rəhmət eləsin!

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600