Şairin vəziyyəti ağırlaşdı
Azərbaycanın tanınmış şair və tərcüməçisi İlyas Tapdıq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Səhhəti haqda danışan İlyas Tapdıq bildirib ki, həkimlər onun 10 gün xəstəxana şəraitində müalicə almasını məqsəduyğun hesab ediblər. “On gündür xəstəxanadayam. Vəziyyətim çox pis idi. Həkimlər narahat olmamağımı məsləhət görürlər, deyirlər ki, sağalacaqsan”.
Şair deyib ki, dostları onu ağır gündə tək qoymur: “Sağ olsunlar. Həm gəlirlər, həm də zəng edirlər. Nə yaxşı dostlar var, yoxsa mənə çətin olar”.