Salyan qətlinin arxasında siyasi motiv?
“Qətlin siyasi xarakterli olması istisnadır”.
Bu sözləri “Axar.az”a açıqlamasında KXCP-nın Salyan rayon təşkilatının rəhbəri Ədalət Yusifov deyib.
O, ölümdə siyasi motiv axtarmağın doğru olmadığını deyib. “Qətlin siyasi xarakterli olması istisnadır. Aydın Xəlilov partiyanın fəal üzvlərindən olmayıb. O, yalnız bizim mədəni, ictimai tədbirlərimizdə iştirak edib. Onun ümumiyyətlə heç kimlə konflikti olmayıb. Son illərdə ancaq öz kiçik təsərüffatı ilə məşğul idi”.
Qeyd edək ki, Aydın Xəlilov dünən Salyan rayonunda amasızcasına qətlə yetirilib. Onun bədənində 34 bıçaq izi aşkar olunub. Mərhumun qardaşı Nazim Xəlilov isə saytımıza açıqlamasında qardaşını öldürən şəxslərin sayının üç nəfər olduğunu söyləyib.