Salyanda ikimərtəbəli ev yandı

media-hightechnic-468x90

Salyan rayonunda yanğın baş verib. Yanğın zamanı ikimərtəbəli fərdi yaşayış evi yararsız hala düşüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. H.Hüseynova məxsus evdə yanğın başlayıb və alov anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan evin 220 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05