Şamaxıda dəm qazından zəhərlənmə: bir nəfər öldü
Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Yenicag.az bildirir ki, bu barədə APA-nın Şirvan bürosu xəbər verib. Hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakini 1987-ci il təvəllüdlü Əmirov Xanbaba Həmid oğlu dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.













