Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Samirə Yusifqızı: “Yazıb ki, arvadsan, get otur bozbaşını bişir”

“Çalışıram meyxananın dalınca çox qaçmayım, çünki ali təhsilli müğənniyəm. Elə bilirəm belə olan halda oxuduğum illəri yelə verirəm, təhsil aldığım Konservatoriyaya xəyanət edirəm”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.

Sənətçi meyxanaların gələcəkdə Qızıl Fondda qalmayacağını da bildirib:

“Mənim oxuduğum mahnıların çoxu Qızıl Fondda saxlanılır. Amma yadda qalan, tarixə düşən mahnılarımın olmasını istəyirəm. Hələ yeni mahnılarımın da Qızıl Fondda qalmasını istəyirəm. Amma o meyxanalar Qızıl Fondda qalmayacaq”.

Maraqlıdır, bu açıqlamadan sonra meyxanaçılar ona irad tutub, incik düşməyəcək ki?

“Meyxanaçı dostlarımın mənə irad tutmğa ixtiyarı yoxdur. Çünki mən səhnəyə meyxanaçı kimi yox, müğənni kimi gəlmişəm. Öz savadım və məşhur bəstəkarların musiqiləri ilə gəlmişəm. Heç kimin məndən inciməyə haqqı yoxdur. Ali savadlı müğənniyəm və bunu da bütün meyxanaçı dostlarım bilir. Meyxana ilə irəli getmək istəmirəm. Öz müğənniliyimlə yadda qalmağı daha üstün tuturam. Meyxana sırf kişi işi olduğu üçün, buna görə mənə çox təzyiqlər olunur. Çoxu sevsə də, çoxu mənim meyxana deməyimi sevməyib. Yazıblar ki, arvadsan, get otur bozbaşını bişir, sənin meyxana ilə nə işin var. Bir az elə şeylər qəlbimi qırır”.

Sənətçi meyxananı tamamən repertuarından çıxarmayacağını və gələcəkdə Oktay Kamillə duetlərini davam etdirəcəyini də deyib.

Cəvahir

www.yenicag.az

318
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100