“Samsung” “Galaxy J” smartfonlarının istehsalını dayandırır

media-hightechnic-468x90

İnsayder məlumatlarına əsasən, Cənubi Koreyanın “Samsung” şirkətinin populyar “Galaxy J” seriyasından olan telefonları satışdan çıxarılacaq.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, istehsalçı qənaətcil “Galaxy C”, “Galaxy J” və “Galaxy On” seriyasından olan cihazların istehsalından imtina etməyə hazırlaşır.

Ancaq şirkət qənaətcil cihazların istehsalını davam etdirəcək. İnsayderlər bildirirlər ki, daha əvvəlki istehsal xəttini “Galaxy P” və “Galaxy R” nəsli davam etdirəcək. Beləliklə, “Samsung”, sadəcə, rebrendinq edəcək.

Bununla belə, qeyd edilir ki, P seriyasından olan telefonlar Çin bazarı üçün istiqamətlənəcək. R seriyası isə dünya bazarına çıxarılacaq. Bundan başqa, gözlənilir ki, qənaətcil telefonların istehsalı ilə kənar şirkət məşğul olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05