!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Santuşdan Slovakiya ilə oyundan sonra AÇIQLAMA: "Bunu biabırçı məğlubiyyət adlandırmazdım"

!Reklam – Yazi

Bunu biabırçı məğlubiyyət adlandırmazdım.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Bakıda Slovakiya seçməsinə 1:3 hesabı ilə uduzduqları Millətlər Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis 68 dəqiqə yaxşı oyun sərgilədiklərini bildirib:

“Bəxt amili də rəqibin tərəfində oldu. Qırmızı vərəqə matçın qırılma nöqtəsi idi. Bəzi elementləri yaxşılaşdırmalıyıq. Bunun üçün vaxt lazımdır. Məncə, hakimin qərarı da qərəzli idi. İki sarı vərəqə müzakirə mövsuzu olmalıdır”

Santuş qısa müddət ərzində proyektin reallaşmasının mümkünsüz olduğunu söyləyib: “Zaman lazımdır. Bir neçə ildən sonra komanda istənilən rəqibə qarşı normal oyun göstərə biləcək. Millidə potensial görürəm. Sadəcə, bizə vaxt lazımdır. Bu gün komanda müsbət nəticə qazanmaq üçün hər şeyi etdi. Qırmızı vərəqə olmasaydı, tamam fərqli nəticə görə bilərdik. 68 dəqiqə ərzində effektik futbol gördüm. Heç kim bu nəticəni arzulamaz. Məncə, düzgün yoldayıq. Gələcəkdə yaxşı nəticələrə ümid etmək olar”./Report/

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv