Sarayda sex yandı

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində hər birinin tutumu 200 litr olan 6 ədəd dəmir çəlləklərin içərisində həlledici qalıqları, 10 p.m. elektrik kabeli, 20 ədəd taxta tara, ümumi sahəsi 1500 m² olan birmərtəbəli toz boya istehsalı sexinin içərisində 2 m² sahədə karton qutular yanıb.

Sex yanğından mühafizə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600