“Sarı jiletli”lərin lideri saxlanıldı

media-hightechnic-468x90

Fransada “Sarı jiletlilər” hərəkatının liderlərindən olan Maksim Nikol polis tərəfindən saxlanılıb.

Yenicag.az istinadən bildirir ki, buna səbəb Nikolun Bordo şəhərində keçirilən aksiyalar zamanı polisin xəbərdarlığına məhəl qoymayaraq insanları etiraza davam etdirməyə çağırmasıdır.

Maksim Nikol saxlanılmadan əvvəl jurnalistlərə verdiyi açıqlamada “”Sarı jiletlilər” hərəkatının bitdiyini deyənlər diqqətlə baxsın. Yanvar ayıdır və biz hələ buradayıq. Aksiyalar gərəkdiyi qədər davam edəcək” deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir./Virtual.org/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600