Sarkisyan daxildəki narazılığa qarşı “Qarabağ kart”ından istifadə edəcəkmi?

media-hightechnic-468x90

sarkisyan19.12.14Elxan Şahinoğlu: “Erməniləri itkilərə məruz qoymalıyıq ki, daxildəki sosial  gərginliyin üzərinə, cəbhə bölgəsindəki gərginliyin əlavə edilməsinin onlara baha başa gələcəyini anlasınlar”

“Sarkisyan iqtidarının hazırkı şəraitdə cəbhə bölgəsində gərginlik yaratmağa cəhd edəcəyini zənn etmirəm. Çünki, belə olduğu təqdirdə, bu iqtidar cəbhədə də ağır duruma düşəcəyini anlayır. Bu isə ona ikitərəfli zərbə olardı”.

Elxan Shahinoglu 4_12Bu sözləri Ermənistan daxilindəki gərginliyi aradan qaldırmaq üçün həmişə olduğu kimi Sarkisyan rejiminin cəbhə bölgəsində gərginlik yaratmaqda maraqlı ola biləcəyinə dair Yenicag.az-ın sualını cavablandırarkən politoloq Elxan Şahinoğlu söylədi: “Azərbaycan erməniləri daha çox itki verməyə məcbur etməlidir ki, onlar torpaqlarımızı işğal altında saxlamağın Ermənistana necə baha başa gəldiyini anlasınlar. Azərbaycan dövlət başçısının dediyi kimi, erməni əsgərinin Füzulidə, Ağdamda nə işi var? Deməli, ölkəmizin siyasəti dəyişib. Qarabağ ətrafındakı rayonlarda post quran erməni əsgərləri vurulacaq, öldürüləcək. Bu Azərbaycanın qaçılmaz siyasətidir. Ona görə də erməniləri itkilərə məruz qoymalıyıq ki, daxildəki sosial  gərginliyin üzərinə, cəbhə bölgəsindəki gərginliyin əlavə edilməsinin onlara baha başa gələcəyini anlasınlar. Sarkisyanın vəziyyəti həqiqətən də ağırdır. Erməni cəmiyyəti anlamalıdır ki, onların bu cür ağır vəziyyətə düşmələrinin səbəbi işğalın davam etdirilməsidir. Nə qədər ki, bu siyasəti davam etdirəcəklər, onları qurtuluş gözləmir. Sarkisyan indi birtəhər vəziyyətdən çıxdı, silah almaq üçün Rusiyadan 200 milyon dollar kredit aldı. Habelə elektrik enerjisinə nəzarət edən Rusiya şirkəti qiymət artımını bir neçə aylığa dondurdu. Amma sabah yenə də etirazlar başqa tələblər adı altında başlaya bilər. Bütün bunlar nəzərə alınmalıdır. Ona görə də cəbhədə gərginlik dedikdə əslində ermənilərin burada ciddi itki vermələri bizim marağımızdadır. Anlasınlar ki, işğaldan əl çəkməyincə onların itkiləri daha da artacaq”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600