!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saxta bitki toxumları aşkarlandı - Şəmkirdə/FOTO

!Reklam – Yazi

Rusiya Federasiyasında müasir tərəvəz sortlarının toxumçuluq və seleksiyası ilə məşğul olan və satışını reallaşdıran şirkətlər Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Qurumdan Yenicag.az-a bildirilib ki, müraciətdə Şəmkir rayonunda onlara məxsus əmtəə nişanı altında KURAJ F1 hibridinin saxta qablaşdırmada olan saxta toxumların satılması qeyd olunub.

Bununla bağlı agentliyin əməkdaşları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlilikdə Şəmkir rayonu, Kür qəsəbə yolu ünvanında Məmmədov Zeynalabdin Məcid oğluna məxsus “Məcidoğullar” mağazasına baxış keçirib. Baxış zamanı məlum olub ki, qaldırılan məsələ ilə yanaşı adıçəkilən ünvanda xeyli sayda mənşəyi məlum olmayan, ölkədə qeydiyyata alınmayan, istifadə müddəti bitmiş bitki mühafizə vasitələri, aqrokimyəvi vasitələr, pestisidlər və tərəvəz toxumları satılır.

Faktla bağlı protokol tərtib olunub və bu əməllərlə məşğul olan şəbəkənin aşkar edilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri və toxumların satışına nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.

 

COP29

www.yenicag.az

3126
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv